AZ EN
AZ EN
Xəbərlər

Baş Katib Şeyxülislam həzrətlərinə minnətdarlıq məktubu göndərib

01 aprel 2019 - 12:09

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd Əl-Üseymin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, MDB Dinlərarası Şurasının həmsədri, Şeyxülislam Allahşükür Paşazadəyə məktub göndərib. Məktubda deyilir:

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuhu!

Bu il fevralın 5-9-da İslam Əməkdaşıq Təşkilatının Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində keçirdiyi tədbirdə iştirakla bağlı dəvətimizi qəbul edib qatıldığınıza görə Sizə təşəkkür edirik. Mükafatı qəbul etdiyiniz üçün təşkilatımız çox məmnundur və onu şəxsən özüm Sizə təqdim etdiyimə görə xoşbəxtəm.

İƏT tərəfindən həzrətlərinizə təqdim olunan mükafat İslam dini sahəsindəki və ölkənizin hüdudlarından keçib Qafqaz regionuna, İslam dünyasına və beynəlxalq ictimaiyyətə qədər irəliləyən fəaliyyətinizin etirafı və təqdirinin sübutudur.

Müsəlmanların vəhdəti, İslam dinimizin həqiqi simasının yayılması sahəsində göstərdiyiniz şərəfli əməyinizdə Allah Sizə yardımçı olsun!

Həzrətlərinizdən xahiş edərdik ki, ali təşəkkürümüzü və təqdirimizi qəbul edəsiniz.

 

Yusif bin Əhməd Əl-Üseymin

İƏT-in Baş katibi.