Şeyx ul-İslam Allahşükür Paşazadə
26.08.1949-cu ildə Azərbaycanda anadan olmuşdur.
Azərbaycan və Bütün Qafqaz müsəlmanlarının ruhani rəhbəridir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri,
Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq mərkəzinin baş katibi,
MDB Dinlərarası Şuranın həmsədri,
Müstəqil Dövlətlər Birliyi Müsəlman Dini Liderləri Məşvərət Şurasının sədri,
Qafqaz Xalqları Ali Dini Şurasının sədri,
Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Dinlər və Mədəniyyətlərarası Dialoq Mərkəzi (KAICIID) direktorlar şurasının üzvü,
İordaniyanın Aal Əl-Beyt Kral Akademiyasının üzvü,
"Tagrib" İslam məzhəbləri arasında yaxınlaşma komitəsinin Rəyasət Heyətinin üzvüdür.
Şeyx Ül-İslam Paşazadə bütün ənənəvi İslam məzhəbləri arasında birliyin fəal təbliğatçısıdır. Onun təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Azərbaycanın sünni-şiə qarışığını əks etdirən Qazılar Şurası yaradılmışdır. Şuranın fətvaları Azərbaycanda həm Şiə, həm və Sünnilər üçün etibarlıdır.
Azərbaycanın ən böyük və əsas icmasının başçısı olaraq o, cəmiyyətimizdə və bütün dünyada dinlərarası dialoq, tolerantlıq və multikulturalizmi təşviq etmək üçün daim səy göstərir.
Tarix elmləri doktoru, İlahiyyat professoru Allahşükür Paşazadə Azərbaycanda İslam Tədqiqatları üzrə ilk tarixçi alim kimi də tanınır. O, 1997-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Elmi-Dini Şuranı təsis etmişdir.