"Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi" nin yaradılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İ.Əliyev cənablarının Azərbaycanda elan etdiyi "İslam həmrəyliyi ili" çərçivəsində 21 dekabr 2017-ci il tarixində Bakı şəhərində keçirilmiş "2017 - İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq" Beynəlxalq Konfransında irəli sürülmüş və bu təklif toplantı iştirakçıları tərəfindən yekdilliklə qəbul edilmişdir.